BİZNES

24 İyul

Teslanın gəliri 2-ci rübdə 12%, xalis mənfəəti 16% azalıb

Finss.az xəbər verir ki, Amerikalı elektrikli avtomobil istehsalçısı Tesla ikinci rübdə gəlirini və xalis mənfəətini azaldıb, düzəliş edilmiş mənfəət və gəlir isə bazar gözləntilərindən daha pis olub.

Şirkətin səhmdarlara təqdimatında qeyd edildiyi kimi, 2025-ci ilin aprel-iyun aylarında onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azalaraq 1,17 milyard dollar və ya hər səhm üçün 0,33 dollar təşkil edib.

Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət hər səhm üçün 0,4 dollar təşkil edib ki, bu da LSEG tərəfindən sorğu edilən ekspertlərin hər səhm üçün 0,43 dollar səviyyəsində konsensus proqnozundan daha pis olub.

Tesla-nın rüblük gəliri 12% azalaraq 22,45 milyard dollar təşkil edib, analitiklərin orta proqnozu isə 22,74 milyard dollar təşkil edib.