BİZNES

22 İyul

Coca-Cola ikinci rübdə xalis mənfəətini 1,6 dəfə artırıb

Finss.az xəbər verir ki, Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan American Coca-Cola Co. ikinci rübdə xalis mənfəətini 1,6 dəfə artırarkən, düzəliş edilmiş rəqəm bazar gözləntilərini üstələyib.

Şirkətin press-relizində qeyd edildiyi kimi, ötən rübdə xalis mənfəət əvvəlki ilin eyni dövründəki 2,41 milyard dollar və ya hər bir səhm üçün 0,56 dollar ilə müqayisədə son rübdə 3,81 milyard dollar və ya hər səhmə görə 0,88 dollar təşkil edib.

Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət hər səhm üçün 0,87 dollar təşkil edib ki, bu da FactSet tərəfindən sorğu edilən analitiklərin bir səhm üçün 0,83 dollar səviyyəsindəki konsensus proqnozunu üstələdi.