BİZNES

21 İyul

Azərbaycan Dövlət Neft Fondu ötən ili 7,858 milyard manat xalis mənfəətlə başa vurub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon manat xalis mənfəətlə başa vurub.

Bu barədə Finss.az fondun yaydığı məlumatlara əsasən xəbər verir ki, ötən illə müqayisədə bu göstərici 245 milyon manat və ya 3% azalma deməkdir. Xatırladaq ki, ARDNF 2023-cü ildə 8 milyard 103 milyon manat xalis mənfəət əldə edib.

Fondun ötənilki gəlir strukturu isə belə olub:

  • İstiqrazlardan gəlir – 680,2 milyon manat
  • Səhmlər üzrə gəlir – 3 milyard 213 milyon manat
  • Törəmə maliyyə alətlərindən zərər – 6,3 milyon manat
  • Qızıl külçələrindən gəlir – 3 milyard 386 milyon manat
  • Özəl səhm fondlarından gəlir – 377,8 milyon manat
  • Daşınmaz əmlak fondlarından gəlir – 32,3 milyon manat
  • İnvestisiya mülkiyyətindən gəlir – 84,95 milyon manat
  • Amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə alətləri üzrə məzənnə fərqindən yaranan zərər – 108 milyon manat
  • Effektiv faiz dərəcəsi ilə hesablanmış faiz gəlirləri – 218,4 milyon manat
  • Sair gəlirlər – 38,7 milyon manat
  • Əməliyyat xərcləri – 79,1 milyon manat

Fondun ümumi investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər və yaranan zərərlər, dünya maliyyə bazarlarında dəyişkənlik fonunda diversifikasiya strategiyalarının effektivliyinə də işarə edir.

Fuad Mədətov
Finss.az