Finss.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Türkiyə vətəndaşları üçün inqilabi razılaşmanı təsdiqləyib.
Avropa İttifaqı (Aİ) Komissiyası 15 iyul 2025-ci ildə qəbul etdiyi qərarla, səyahət keçmişi və riski az olan Türkiyə vətəndaşları üçün mərhələli şəkildə çoxdəfəlik Şengen vizası sistemini tətbiq etdi. AB Komissiyası tərəfindən dərc edilən qərarda, qaydalara uyğun olaraq daha əvvəl Şengen zonasına daxil olan və çıxan Türkiyə vətəndaşlarını əhatə edən yeni sistemin Aİ-yə üzv ölkələrin riskli müraciətlərə fokuslanmasını təmin edəcəyi, konsulluqlarda çoxlu müraciətlərin səbəb olduğu imkan məhdudiyyətlərinin aradan qaldırılmasına kömək edəcəyi və Türkiyə vətəndaşları üçün konsulluqların qismən dəyişdirilməsini nəzərdə tutduğu bildirilib. Sistem daxilində etibarlılıq müddəti 6 aydan 5 ilə qədər olan vizaların veriləcəyi də bildirilib.