BİZNES

21 İyul

ABŞ-da neft buruqlarının sayı azalır

Finss.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti Baker Hughes həftəlik məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ölkədəki neft qazma qurğularının sayı 12-18 iyul tarixləri arasında əvvəlki həftə ilə müqayisədə iki ədəd azalaraq 422-yə düşüb.

ABŞ-da neft qazma qurğularının sayı son bir ildə 55 ədəd azalıb.

Cümə axşamı 68,89 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 68,60 dollardan bağlanıb.

West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 66 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barelinin qiyməti cümə axşamı günü 66,31 dollar səviyyəsində bağlanıb.