BİZNES

18 İyul

Brent markalı neftin bir barreli 68,96 dollara kimi bahalaşıb

Finss.az xəbər verir ki, cümə axşamı axşam neft qiymətləri artımını sürətləndirdi.

Bakı vaxtı ilə saat 17:24-də Londonun ICE Futures birjasında sentyabrın 17-də Brent markalı neftin qiyməti 0,43 dollar (0,63%) artaraq 68,96 dollar/barelə çatıb. WTI markalı neftin avqust fyuçersləri bu vaxta kimi NYMEX birjasında 0,75 dollar (1,13%) bahalaşaraq 67,13 dollar/barelə çatıb.

Neftin bahalaşması Yaxın Şərqdəki geosiyasi gərginliklə də dəstəklənir.

İsrail Müdafiə Qüvvələri çərşənbə günü Suriyaya zərbələr endirib və həmçinin Suriya sərhədinə əlavə qüvvələrin göndərildiyini açıqlayıb. Bu, münaqişənin daha da kəskinləşməsi və ya genişlənməsi halında regiondan neft tədarükünün kəsilməsi ilə bağlı narahatlıqları artırıb.

Bundan əlavə, İraq Kürdüstanında neft yataqlarına pilotsuz təyyarələrin hücumları neft hasilatının gündə təxminən 150 min barel azalmasına səbəb olub.

ABŞ prezidenti Donald Tramp dünən bildirib ki, 150 ölkədən idxal edilən mallara 10-15% vahid tarif tətbiq etməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, onun administrasiyası Hindistan və Aİ ilə ticarət sazişlərinə “çox yaxındır”.