BİZNES

18 İyul

2025-ci ilin ilk yarısında əkin sahələrində artım müşahidə olunub

Finss.az - Bu ilin yanvar-iyun aylarında ölkə üzrə 37 911,4 hektar sahədə qarğıdalı əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, həmin dövrdə vələmirin əkin sahəsi 26,6 faiz artaraq 6 701,4 hektara, tütünün əkin sahəsi 15,9 faiz artaraq 3 070 hektara, şəkər çuğundurunun əkin sahəsi isə 6,6 faiz artaraq 7 274,6 hektara çatıb.

Qeyd edək ki, ümumilikdə cari ilin ilk altı ayında ölkə üzrə yazlıq bitkilərin əkin sahəsi 371 520,5 hektar təşkil edib.