BİZNES

16 İyul

Azərbaycan-Kolumbiya ticarət dövriyyəsində 46%-lik artım

Finss.az  - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Kolumbiya ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% artaraq 2 milyon dolları ötüb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycandan Kolumbiyaya ixrac 80,2% artaraq 838,9 min dollar, idxal isə 29,3% artaraq 1,2 milyon dollar təşkil edib.