Finss.az - 2023-cü ildə Azərbaycanda adambaşına toyuq əti istehlakı 16,4 kiloqrama çatıb. Bu göstərici 2015-ci illə müqayisədə (10,5 kq) xeyli artım deməkdir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına görə, 2015–2023-cü illər ərzində istehsal həcmi 97,2 min tondan 137,5 min tona yüksəlib. Hazırda bu məhsul üzrə ölkənin özünütəminetmə səviyyəsi 82 faiz təşkil edir.