Finss.az xəbər verir ki, Çinin 2025-ci ilin birinci yarısında təbii fəlakətlər nəticəsində iqtisadi itkiləri 54,11 milyard yuana (7,55 milyard dollar) çatıb, Reuters Çin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Şen Zhanliyə istinadən xəbər verir.
İqtisadi zərər bir il əvvəlkindən (93,16 milyard yuan) 41,9% azdır.
Daşqınlar Çin iqtisadiyyatına dəymiş ziyanın böyük hissəsinə (51 milyard yuan və ya bütün itkilərin 90%-i) səbəb olub. Tibetdə zəlzələ və cənub-qərb əyalətlərində torpaq sürüşmələri də dağıdıcı olub.
Nazirliyin məlumatına görə, təbii fəlakətlər son altı ayda 23 milyondan çox insana zərər vurub, onlardan 307 nəfər ölüb və ya itkin düşüb, 620 min nəfər isə təxliyə edilib. 29,6 min ev dağıdılıb, 2,19 milyon hektar ərazini əhatə edən kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Nazirlik Çinin şimalında yağan leysan yağışları və tayfunun aktivliyi səbəbindən iyulun ikinci yarısından avqustun birinci yarısına qədər çətin vəziyyətlə bağlı xəbərdarlıq edib.