2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1 941,4 kiloqram gümüş istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 221,4 kiloqram və ya 12,9% çoxdur. 2024-cü ilin ilk yarısında ölkədə 1 720 kiloqram gümüş hasil edilmişdi.
Cari ilin iyulun 1-nə olan məlumata görə, ölkədə hazır gümüş ehtiyatı 584,6 kiloqram təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 3 184 kiloqram gümüş istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 521 kiloqram və ya 14% azalma deməkdir. Müqayisə üçün, 2023-cü ildə bu rəqəm 3 705 kiloqram olub.
Fuad Mədətov
Finss.az