2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1 189 ton mis konsentratı istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 088 ton və ya 11,8 dəfə çoxdur.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görəö, 2024-cü ilin ilk yarısında ölkədə cəmi 100,8 ton mis konsentratı istehsal olunub.
İyul ayının 1-nə olan vəziyyətə görə, ölkədə hazır mis konsentratı ehtiyatı 156,5 ton təşkil edir.
Qeyd edək ki, 2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda 378,8 ton mis konsentratı istehsal edilmişdi ki, bu da 2023-cü ildəki 2 122 tonla müqayisədə 5,6 dəfə azalma deməkdir.
Beləliklə, 2025-ci ilin ilk yarısında əldə olunan nəticələr əvvəlki il ərzindəki geriləməni kompensasiya etmək potensialına malikdir.