BİZNES

14 İyul

Azərbaycanda metal filizi hasilatında 2,4 dəfəlik artım qeydə alınıb

2025-ci ilin ilk yarısında Azərbaycanda metal filizlərinin hasilatı kəskin artaraq 295,7 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 174,9 milyon manat və ya 2,4 dəfə çoxdur.

Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə cəmi 120,8 milyon manat dəyərində metal filizi hasil olunmuşdu.

Ümumi mədənçıxarma sənayesi isə geriləyib

Bununla yanaşı, hesabat dövründə ölkənin mədənçıxarma sənayesində ümumi istehsalın dəyəri 19,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalma deməkdir.

Artım əsasən qeyri-neft sektoruna aid olan metal filizi hasilatında müşahidə edilsə də, neft-qaz hasilatındakı nisbətən zəif dinamika ümumi mədənçıxarma sənayesinin dəyər göstəricilərinə mənfi təsir göstərib.

Fuad Mədətov
Finss.az