Finss.az - “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi mətbəə və çap məhsullarının satın alınması üzrə açıq müsabiqə elan edib.
Müsabiqənin ümumi dəyəri 69 325 manat olaraq müəyyən edilib.
Dövlət satınalmalarının rəsmi internet portalında dərc olunan elana əsasən, müsabiqə 12 iyul 2025-ci il tarixində saat 11:56-da elan olunub. Maraqlı təchizatçılar 05 avqust 2025-ci il, saat 12:00-a qədər öz təkliflərini təqdim edə bilərlər. Eyni gün və eyni saatda müsabiqə üzrə zərflərin açılışı da baş tutacaq.
Müsabiqədə iştirak etmək istəyən şirkətlər 138.65 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödəməlidirlər. Qeyd olunub ki, iştirak haqqı yalnız təchizatçıların sayının üçdən az olduğu hallarda geri qaytarıla bilər.
Satınalma çərçivəsində aşağıdakı məhsullar nəzərdə tutulur:
-
Çap və yazı kağızı
-
Bəzəkli/naxışlı kağızlar
-
Poçt təchizatı
-
Yazı alətləri
-
Qovluqlar, indekslər və digər kargüzarlıq ləvazimatları
Müsabiqədə iştirak etmək istəyən şirkətlər və sahibkarlar ətraflı məlumatla buradan tanış ola bilərlər.