Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 46,5 min tondan çox alma ixrac edilib ki, bu da 32,3 milyon ABŞ dolları dəyərindədir.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, dəyər ifadəsində bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45,3%, həcm baxımından isə 39,6% artım göstərib.
Cari ilin ilk beş ayında almanın ölkənin ümumi ixracında xüsusi çəkisi 0,29%, qeyri-neft məhsullarının ixracındakı payı isə 2,3% təşkil edib.
Ekspertlər bu artımın kənd təsərrüfatı məhsullarının ixracının diversifikasiyası baxımından müsbət tendensiya olduğunu qeyd edirlər.