BİZNES

09 İyul

Azərbaycanda 40 rayonda yaş barama tədarükü davam edir

Finss.az - 2025-ci təsərrüfat ilində Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aktiv şəkildə aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin iyulun 8-nə olan məlumatına görə, kümçülər tədarük məntəqələrinə artıq 186,6 ton yaş barama təhvil veriblər.

Ən çox barama tədarükü həyata keçirilən rayonlar arasında Zərdab (32,282 ton), Zaqatala (19,147 ton), Balakən (17,514 ton), Ağcabədi (17,141 ton) və Şəki (8,628 ton) ön sıralardadır. Digər rayonlarda isə istehsal ümumilikdə 5 min tondan artıqdır.

Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər “Azərİpək” MMC-yə kiloqramı 5 manatdan yaş barama satırlar. Bundan əlavə, dövlət hər kiloqram yaş barama istehsalına görə 6 manat subsidiya ödəyir. Beləliklə, fermerlər hər kiloqram yaş baramanın qarşılığında ümumilikdə 11 manat əldə edirlər.

Bu subsidiyalar sayəsində kümçülərin gəlirləri artır və yerli barama istehsalının davamlılığı təmin olunur, həmçinin kənd təsərrüfatı sektorunda məşğulluq və iqtisadi aktivlik güclənir.