Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycandan 9,89 milyon ABŞ dolları dəyərində 4 min tondan çox pambıq ipliyi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,5%, həcm baxımından isə 23,5% artım deməkdir.
Hesabat dövründə pambıq ipliyinin ümumi ixracda payı 0,09%, qeyri-neft sektoru üzrə ixracda isə 0,7% təşkil edib.
Artım ixrac bazarlarında tələbin yüksəlməsi və daxildə emal potensialının genişlənməsi ilə izah olunur.