“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı 2016-cı ildən etibarən qiymətli metalların yerli və beynəlxalq bazarlarda satışını uğurla davam etdirir.
Finss.az xəbər verir ki, bu gün – 5 iyul 2025-ci il tarixində “AzerGold”un fəaliyyətə başlamasının 9 ili tamam olur. Səhmdar Cəmiyyət bu müddət ərzində 522 711 unsiya qızıl, 988 717 unsiya gümüş satışını həyata keçirib.
Yerli və xarici bazarlarda reallaşdırılan bu satışlar vasitəsilə “AzerGold” Azərbaycanın iqtisadi dayanıqlığına və sosial rifahına töhfə verən əsas dövlət şirkətlərindən biri kimi çıxış edir.
Qeyd edək ki, “AzerGold” QSC 5 iyul 2016-cı ildə ölkənin təbii resurslarının səmərəli idarə olunması və bu resurslardan əldə edilən gəlirlərin ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi məqsədilə yaradılıb.
Fuad Mədətov
Finss.az
