BİZNES

03 İyul

SOCAR və “Uzbekneftegaz” strateji əməkdaşlığı genişləndirir

Finss.az - SOCAR və “Uzbekneftegaz” Özbəkistanda geoloji-kəşfiyyat üzrə əməkdaşlığı genişləndirir

SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

SOCAR-ın yaydığı məlumata görə, görüşdə Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli münasibətlər vurğulanıb. Tərəflər, xüsusilə enerji sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə ediblər.

SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq mövcuddur. Görüş zamanı bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Əsas müzakirə mövzularından biri Özbəkistanın Üstyurt regionunda həyata keçirilməsi planlaşdırılan geoloji-kəşfiyyat layihəsi olub. Bildirilib ki, bu sahədə mühüm razılaşmalar əldə olunub və növbəti mərhələyə keçid üçün hazırlıq işləri görülür.