BİZNES

02 İyul

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 450,9 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 25,7 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana elektrik enerjisinin ixracı həcm üzrə 36,7 milyon kVt/saat və ya 8,9%, dəyər ifadəsində isə 4,8 milyon ABŞ dolları (23%) artıb. Keçən ilin ilk dörd ayında bu göstəricilər müvafiq olaraq 414,2 milyon kVt/saat və 20,9 milyon ABŞ dolları olub.

Ümumilikdə, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana ixrac olunan elektrik enerjisinin həcmi 525,1 milyon kVt/saat, dəyəri isə 29,1 milyon ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az