BİZNES

01 İyul

Hərracda 7 nəqliyyat vasitəsi satılıb

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 1-də keçirilən hərracda 7 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8.400 manat olan “Honda Accord” markalı avtomobil 10.884 manata, 8.900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10.000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3Mswx8 linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 8, 15, 22 və 29 iyul tarixlərində keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarılıb.

Satışa çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3MswzT linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.