Finss.az xəbər verir ki, Avropa Mərkəzi Bankının məlumatına görə, avrozonada istehlak kreditləri may ayında illik müqayisədə 2% artaraq 7,002 trilyon avroya çatıb.
Artım tempi son iki ildə (2023-cü ilin may ayından) ən sürətli idi. “Trading Economics”in məlumatına görə, nəticə analitiklərin orta proqnozu ilə üst-üstə düşüb.
İstehlak kreditləri aprel ayında 1,9% artıb. Beləliklə, göstəricinin artımı ardıcıl doqquzuncu aydır ki, sürətlənir.
Avrozona banklarının qeyri-maliyyə şirkətlərinə verdiyi kreditlərin həcmi may ayında 2,5% artaraq 5,23 trilyon avroya çatıb.
Avrozonada pul kütləsinin əsas göstəricisi (M3 məcmu) may ayında illik müqayisədə 3,9% artaraq 16,9 trilyon avroya çatıb. Konsensus proqnozu aprel ayında artımın 3.6%-dən 4%-ə qədər sürətlənməsini nəzərdə tuturdu.