Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının suveren sərvət fondu (İctimai İnvestisiya Fondu, PIF) 2024-cü ildə xalis mənfəətini 60% azaldıb, fondun hesabatında deyilir.
Keçən il PIF-in xalis mənfəəti bir il əvvəl 64,4 milyard riyala qarşı 25,8 milyard Səudiyyə riyalı (6,9 milyard dollar) təşkil edib.
Göstəricinin azalmasına yüksək faiz dərəcələri, inflyasiya və bəzi layihələrin dəyərinin silinməsi, əsasən, əməliyyat planlarında dəyişikliklər və büdcədə nəzərdə tutulan xərclərin artması səbəb olub.
2024-cü ildə ümumi maliyyə nəticəsi (gerçəkləşməmiş mənfəət və zərərlər daxil olmaqla) mənfi olub, 2023-cü ildəki üstəgəl 138,1 milyard riyala qarşı mənfi 138,1 milyard riyal təşkil edib.
Bununla yanaşı, ötən il fondun aktivlərinin həcmi 18% artaraq 4,321 trilyon riala çatıb.