Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Niderland arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,1 % artaraq 178,9 milyon ABŞ dollarını keçib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən:
-
Azərbaycanın Niderlanda ixracı 2 dəfə artaraq 130,8 milyon dollar təşkil edib;
-
Niderlanddan idxal isə 22,1 % artaraq 48 milyon dollara çatıb.
Nəticədə, Niderland Azərbaycanla ticarətində 0,85 %-lik payla əsas tərəfdaş ölkələrdən biri olub.