BİZNES

25 İyun

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatı

Finss.az - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edir.

İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (//competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (//www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 26 və 27 iyun 2025-ci il tarixlərində fəaliyyət göstərəcəkdir.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri isə 27 iyun 2025-ci il tarixində həyata keçiriləcəkdir.

Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.