BİZNES

25 İyun

Azərbaycan Nəşriyyatı MMC 2024-cü ili 1,842 milyon manat xalis zərər ilə başa vurub

Finss.az - “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Şirkət 2024-cü ili 1 milyon 842 min manat xalis zərər ilə yekunlaşdırıb ki, bu da 2023-cü ildəki 1 milyon 610 min manat zərərdən daha yüksəkdir.

Marja.az-ın məlumatına görə, “Azərbaycan Nəşriyyatı”nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 5 milyon 374 min manat olub, lakin 2024-cü ildə bu rəqəm 5 milyon 223 min manata qədər azalıb. Şirkətin əsas xərcləri isə eyni dövrdə 4 milyon 978 min manatdan 5 milyon 684 min manata yüksəlib.

Bu göstəricilər şirkətin gəlirləri ilə xərcləri arasında yaranan fərqin genişlənməsi səbəbindən xalis zərərin artmasına gətirib çıxarıb.