BİZNES

25 İyun

Bu iki qurum audit üçün tender elan edib

Finss.az - Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 138 manatdır. İddiaçılar təkliflərini iyulun 18-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə iyulun 18-də saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının auditi üçün də kotirovka sorğusu açıq elan olunub. TƏBİB-in tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

İddiaçılar təkliflərini iyulun 18-nə qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün saat 16:00-da baxılacaq.