Finss.az xəbər verir ki, Boston Consulting Group (BCG) beynəlxalq konsaltinq şirkətinin illik hesabatına əsasən, dünyada maliyyə aktivlərinin həcmi 2024-cü ildə 8,1% artaraq rekord həddə - 305 trilyon dollara çatıb.
Buna güclü fond bazarları və əlverişli investor əhval-ruhiyyəsi kömək etdi.
Şimali Amerika və Asiya-Sakit Okean regionu ABŞ dolları ilə hesablandıqda müvafiq olaraq 14,9% və 7,3% artım göstərərək ən sürətlə inkişaf edən regionlar olmaqda davam edir. Yaxın Şərq və Afrikada maliyyə aktivləri 4,8%, Qərbi Avropada 0,8%, Şərqi Avropa və Mərkəzi Asiyada 0,3% artıb. Eyni zamanda Latın Amerikasında 9,3%, Yaponiyada isə 5,2% azalma qeydə alınıb.
Ötən il dünya üzrə real aktivlər 4,4% artıb. O cümlədən, Latın Amerikasında 2,2%, Yaxın Şərq və Afrikada 8,4%, Şimali Amerikada 11,2%, Şərqi Avropa və Mərkəzi Asiyada 1,4%, Asiya-Sakit okean regionunda 2,7% artıb. Bu arada Yaponiyada bu göstərici 6,1%, Qərbi Avropada 1,8% azalıb.