BİZNES

24 İyun

Azərbaycanda əhalinin çörək istehlakı azalıb

2024-cü ildə Azərbaycanda adambaşına 115,9 kiloqram təzə çörək istehlak olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2023-cü ildə adambaşına çörək istehlakı bir qədər yüksək olaraq 116,6 kiloqram təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə ümumilikdə 1 milyon 196,8 min ton çörək istehsal olunub.

Fuad Mədətov
Finss.az