BİZNES

24 İyun

Azərbaycana ət idxalı azalıb, ixrac isə artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycana 41,1 milyon ABŞ dolları dəyərində ət idxal olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon dollar və ya 15,1% azalma deməkdir.

Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,41% paya sahib olub.

Eyni zamanda, 2025-ci ilin ilk 5 ayında Azərbaycandan 519 min ABŞ dolları dəyərində ət ixracı həyata keçirilib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 29,6 min dollar və ya 6,1% artım deməkdir.

Qeyd edək ki, ölkədə 2025-ci ilin yanvar-may aylarında diri çəkidə 233,6 min ton ət istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 min ton və ya 1,2% çoxdur.

Fuad Mədətov
Finss.az