BİZNES

23 İyun

Azərbaycanda neft hasilatı azalıb, qaz istehsalı isə artıb

2024-cü ildə Azərbaycanda mədənçıxarma sektorunda 29,063 milyon ton neft və 38,669 milyard kubmetr əmtəəlik qaz hasil olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü illə müqayisədə neft hasilatı 1,084 milyon ton və ya 3,6% azalıb, qaz istehsalı isə 2,254 milyard kubmetr və ya 6,2% artıb.

2020-ci ildə ölkədə neft hasilatı 34,532 milyon ton, qaz istehsalı isə 26,487 milyard kubmetr təşkil etmişdi. 2022-ci ildə isə neft hasilatı 32,646 milyon ton, qaz istehsalı isə 34,955 milyard kubmetr səviyyəsində olub.

Beləliklə, son beş ildə neft hasilatı 5,469 milyon ton və ya 15,8% azalıb, qaz hasilatı isə 12,181 milyard kubmetr və ya 46% artıb.

Fuad Mədətov
Finss.az