BİZNES

23 İyun

Azərbaycanda mənzil tikintisi son 5 ildə iki dəfə azalıb

Ötən il Azərbaycanda bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 20,1 min ədədə çatıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu mənzillərin orta sahəsi 117,2 kvadrat metr təşkil edib.

2023-cü ildə isə ölkədə orta sahəsi 109,5 kvadrat metr olan 22,7 min mənzil tikilərək istifadəyə verilib. Beləliklə, 2023-cü illə müqayisədə ötən il mənzil tikintisi 2,6 min ədəd və ya 11,5 faiz azalıb.

Tarixi baxımdan isə vəziyyət daha aydın görünür: 2020-ci ildə ölkədə tikilmiş mənzillərin sayı 50,4 min ədədə çatıb, 2021-ci ildə bu rəqəm 16,7 minə, 2022-ci ildə isə 25,3 minə yüksəlib.

Nəticədə, son 5 il ərzində Azərbaycanda tikilən mənzillərin ümumi sayı 30,3 min ədəd azalıb ki, bu da təxminən 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az