İtaliyanın Eni SpA neft və qaz şirkəti Amerikanın Ares Management Corp investisiya fondu ilə aşağı karbonlu enerji üzrə ixtisaslaşan Plenitud bölməsindəki 20% payını satmaq üçün müqavilə imzalayıb.
Finss.az xəbər verir ki, Eni-nin press-relizinə görə, sövdələşmə təxminən 2 milyard avro dəyərindədir ki, bu da Plenitudun tam dəyərinin 10 milyard avro qiymətləndirilməsinə əsaslanır.
Əsas diqqəti bərpa olunan enerjiyə yönəldən Plenitud şirkəti 10 milyona yaxın Avropa istehlakçısını elektrik enerjisi və qazla təmin edir, həmçinin elektrik avtomobilləri üçün enerji doldurma stansiyalarının geniş şəbəkəsini idarə edir.
Bundan əvvəl “Plenitud”un 10%-i İsveçin Energy Infrastructure Partners investisiya fondu tərəfindən alınıb.