BİZNES

23 İyun

Azərbaycanda payızlıq əkinlərin 35,6 faizi biçilib

Finss.az - Azərbaycanda 2024–2025-ci təsərrüfat ili üzrə payızlıq əkinlərin biçin prosesi sürətlə davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ölkə üzrə payızlıq əkin sahələrinin 35,6 faizində biçin işləri artıq başa çatıb.

Hazırkı mərhələyə qədər 1 087 507 ton məhsul yığılıb. Bu göstərici arpa sahələrində daha yüksək dinamika ilə müşahidə olunur – artıq 426 623 hektar arpa sahəsinin 264 861 hektarında yığım başa çatıb. Bunun nəticəsində 852 176 ton arpa əldə olunub. Arpa sahələrinin ümumilikdə 62,1 faizi biçilib.

Buğda sahələrində isə biçin nisbətən yavaş tempdə gedir. Cəmi 13,2 faiz sahədə məhsul yığılıb. Orta məhsuldarlıq buğda üzrə 35,3 sentner/hektar, arpa üzrə isə 32,2 sentner/hektar təşkil edir.

Hazırda ölkə üzrə 51 rayonda aktiv biçin işləri davam etdirilir. Nazirlikdən bildirilib ki, hava şəraitindən asılı olaraq prosesin daha da sürətlənməsi gözlənilir.