BİZNES

23 İyun

Azərbaycandan Portuqaliyaya neft ixracı 37,7% artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 310,4 milyon ABŞ dolları dəyərində 576 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 85 milyon ABŞ dolları və ya 37,7%, həcm baxımından isə 226,2 min ton və ya 64,7% artım göstərib.

Hesabat dövründə Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% azalma, həcm ifadəsində isə 493,4 min ton və ya 5% artım deməkdir.

Fuad Mədətov
Finss.az