BİZNES

20 İyun

Tarixin ən böyük məlumat oğurluğu

Bildirilib ki, dünya üzrə Apple, Facebook, Google, Telegram və bəzi dövlət xidmətlərində hesablara daxil olmaq üçün istifadə edilə bilən 16 milyard istifadəçi məlumatı oğurlanıb və bu, tarixdə ən böyük “məlumat pozuntusu” olub.

Kibertəhlükəsizlik sahəsində nəşr edən “Cybernews” saytının xəbərinə görə, ilin əvvəlindən aparılan araşdırmalar çərçivəsində hər biri on milyonlarla, bəziləri isə 3,5 milyarddan çox məlumat ehtiva edən 30 böyük məlumat bazasının məlumat oğurluğu proqramı (Infostealer) tərəfindən oğurlandığı müəyyən edilib.

Finss.az xəbər verir ki, Araşdırmalarda, 30 verilənlər bazasında 16 milyarddan çox məlumatın olduğu müəyyən edildi və bu, tarixdəki ən böyük "məlumat pozuntusu" oldu.

Bildirilib ki, “silah kimi istifadə oluna biləcək böyük miqdarda kəşfiyyat məlumatı” olaraq təyin olunan bu məlumatlar Apple, Facebook, Google, GitHub, Telegram və bəzi dövlət xidmətləri kimi onlayn portallardakı hesablara daxil olmaq üçün istifadə edilə bilər.

Qeyd olunub ki, may ayında dünya üzrə istifadəçilərə məxsus 184 milyon məlumatın ələ keçirildiyi və bunlara da sözügedən 30 verilənlər bazasında rast gəlindiyi bildirilib.