BİZNES

20 İyun

Naxçıvanda kənd təsərrüfatı istehsalı 1,7 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 86,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % artım deməkdir.

Hesabat dövründə muxtar respublikanın aqrar sektorunda 8,6 milyon manatlıq bitkiçilik, 78 milyon manatlıq isə heyvandarlıq məhsulları istehsal olunub.

Fuad Mədətov
Finss.az