BİZNES

19 İyun

Naxçıvannın xarici ticarət dövriyyəsi 13,6 % azalıb

2025-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 48,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 % azalıb. Beş ay ərzində dövriyyənin 4,75 milyon dolları ixracın, 44,15 milyon dolları isə idxalın payına düşüb.

İllik müqayisədə ixrac 9,3 % artıb, idxal isə 15,5 % azalıb.

Fuad Mədətov
Finss.az