Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3,719 milyard ABŞ dolları dəyərində 6,2 min ton yük daşınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,6 dəfə (2,313 milyard dollar) artım, həcm baxımından isə 8 dəfə (43,6 min ton) azalma deməkdir.
Hesabat dövründə hava nəqliyyatı vasitəsilə ölkədən 153,8 milyon dollar dəyərində 919 ton yük ixrac olunub. Bu, illik müqayisədə dəyər baxımından 31,6% artım, həcm baxımından isə 48,5 dəfə azalma deməkdir.
İdxal göstəriciləri isə daha kəskin artımla müşahidə olunub: hava yolu ilə Azərbaycana gətirilən yüklərin dəyəri 2,8 dəfə artaraq 3,565 milyard dollara çatıb. Lakin idxalın həcmi 5 ton və ya 0,1% azalaraq 5,299 min ton təşkil edib.