Bu ilin yanvar-may aylarında Azərbaycan ümumilikdə 10,36 milyon ton xam neft ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, ixracın ümumi dəyəri 5,64 milyard ABŞ dolları təşkil edib.
İtaliya əvvəlki illərdə olduğu kimi, 2025-ci ilin ilk beş ayında da Azərbaycanın əsas neft alıcısı olaraq birinci yerdə qərarlaşıb. Bu ölkəyə 5,73 milyon ton neft göndərilib ki, bu da 3,09 milyard ABŞ dolları dəyərində ixrac deməkdir.
Ən çox neft ixrac edilən 3 ölkə:
İtaliya
- Miqdar: 5 730 746,71 ton
- Dəyər: 3 088 100,61 min ABŞ dolları
Xorvatiya
- Miqdar: 744 703,91 ton
- Dəyər: 408 862,68 min ABŞ dolları
Rumıniya
- Miqdar: 683 725,65 ton
- Dəyər: 377 106,29 min ABŞ dolları
Digər əsas alıcılar:
- Portuqaliya – 576 min ton / 310 milyon $
- Çexiya – 558 min ton / 304 milyon $
- Almaniya – 501 min ton / 277 milyon $
- Böyük Britaniya – 244 min ton / 137 milyon $
- İrlandiya, Yunanıstan, Niderland, Tailand, İndoneziya və digərləri də Azərbaycanın neft ixrac etdiyi ölkələr sırasındadır.
Hesabat dövründə Azərbaycan 17 ölkəyə neft ixrac edib və İtaliya ilə yanaşı Mərkəzi və Qərbi Avropa ölkələri də əsas bazar olaraq qalır.
Fuad Mədətov
Finss.az