Finss.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü başa çatan iclasından sonra verdiyi açıqlamada, Federal Ehtiyat Sistemi (FRS) federal fondların faiz dərəcəsini illik 4,25-4,5% aralığında saxladı.
Uçot dərəcəsinin saxlanması qərarı bütün FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib və əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.