Finss.az xəbər verir ki, Rosstat məlumatlarına görə, Rusiyada iyunun 3-dən iyunun 9-dək kartofun qiyməti 0,02% ucuzlaşıb, bu, 2024-cü ilin oktyabr ayının əvvəlindən bəri ilk dəfə baş verib.
Digər tərəvəzlərin qiymətində ucuzlaşma daha əhəmiyyətli olub. Belə ki, kələm 5,4 faiz (əvvəlki həftə 4,3 faiz), pomidor 2,6 faiz (4,3 faiz), soğan 2,1 faiz (1,7 faiz), xiyar 1,3 faiz (4,7 faiz), banan 1,1 faiz (1,9 faiz) ucuzlaşıb.
Eyni zamanda, kökün qiyməti 2,8% (4,6%), çuğundurun qiyməti də 2,8% (3%), almanın qiyməti 1,4% (1,5%) bahalaşıb.