BİZNES

11 İyun

AK rəhbəri Rusiya neftinin qiymətinin bir barel üçün 45 dollara endirilməsini təklif edir

Finss.az xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı planlaşdırılan 18-ci sanksiyalar paketinin Rusiya neftinin qiymətinin aşağı salınmasını və “Şimal axını” qaz kəmərlərinin istifadəsinə qadağa qoyulmasını nəzərdə tutacağı barədə məlumatı təsdiqləyib.

"Biz ilk dəfə olaraq "Şimal axını" və "Şimal axını 2" ilə əməliyyatlara qadağa qoyulmasını təklif edirik. Bu o deməkdir ki, heç bir Aİ strukturu bu qaz kəmərləri ilə birbaşa və ya dolayısı ilə hər hansı formada qarşılıqlı əlaqədə ola bilməyəcək", - fon der Leyen çərşənbə axşamı Aİ xarici işlər naziri Kaja Kallas ilə birgə mətbuat konfransında deyib.