Finss.az — "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" (EMTA) öz balansında olan avtonəqliyyat vasitələrinin texniki təmiri xidmətinin satın alınması üzrə açıq müsabiqə elan edib.
Müsabiqənin nömrəsi 112817 olan tenderdə texniki təmir xidmətləri üçün ehtimal olunan qiymət 91,384.16 manat təşkil edir. Təkliflərin qəbulu 4 iyul 2025-ci il saat 11:00-dək davam edəcək, eyni vaxtda zərflərin açılışı da baş tutacaq.
Satınalma çərçivəsində müxtəlif növ avtonəqliyyat komponentləri və xidmətləri — əyləc sistemləri, mühərrik komponentləri, sükan sistemi, filtr və nasoslar, həmçinin avtonəqliyyat vasitələrinin daxili sistemlərinin təmiri daxil olmaqla geniş çeşid nəzərdə tutulub.
İştirakçılar təklif təqdim etməzdən əvvəl 25 AZN istifadə haqqı və 182.76 AZN iştirak haqqı ödəməlidirlər. Qeyd olunur ki, iştirak haqqı yalnız üç və daha çox təchizatçının müraciət etməsi halında geri qaytarılır.
Əlavə məlumat və tender sənədləri barədə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 84 ünvanında yerləşən Agentliklə əlaqə saxlamaq mümkündür.