BİZNES

10 İyun

May ayında Çinin ixracı 4,8% artıb, idxalı isə 3,4% azalıb

Finss.az xəbər verir ki, baş Gömrük İdarəsinin açıqlamasında may ayında Çinin ixracı illik müqayisədə 4,8 faiz artaraq 316,1 milyard dollara çatıb.

Bu arada idxal 3,4% azalaraq 212,9 milyard dollara düşüb ki, bu da cari ilin əvvəlindən azalma deməkdir.

“Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla birinci göstəricidə 5% artım, ikincidə isə 0,9% azalma proqnozlaşdırmışdılar.

Yaponiyaya ixrac 6,2%, Avstraliyaya 12,6%, Avropa İttifaqına 12%, ASEAN ölkələrinə isə 14,8% artıb. Eyni zamanda, ABŞ-a tədarüklər 34,5%, Cənubi Koreyaya isə 1,2% azalıb.