BİZNES

10 İyun

Qualcomm Alphawave Semi-ni 2,4 milyard dollara satın alacaq

Finss.az - Böyük Britaniyanın yarımkeçirici komponent istehsalçısı Alphawave IP Group (Alphawave Semi) iki aylıq danışıqlardan sonra ABŞ-ın texnologiya nəhəngi Qualcomm Inc.-in 2,4 milyard dollarlıq satınalma təklifini qəbul edib.

Alphawave Semi-dən verilən məlumata görə, Qualcomm şirkətin hər bir səhmini 2,48 dollar (183 pens) qiymətindən alacaq. Bu məbləğ, 31 mart tarixində səhmlərin bağlanış qiymətinə nisbətən 96% premium deməkdir. Həmin tarix Qualcomm-un şirkətə marağını açıqladığı gündən əvvəlki son ticarət günüdür.

Şirkətin idarə heyəti təklif olunan şərtləri ədalətli və məqbul sayır və səhmdarlara razılaşmaya dəstək verməyi tövsiyə edir.

Əldə olunan razılaşmanın 2026-cı ilin birinci rübündə yekunlaşdırılması gözlənilir.

2017-ci ildə yaradılan Alphawave Semi yüksək sürətli əlaqə texnologiyaları üzrə ixtisaslaşıb və qlobal texnoloji infrastruktur üçün vacib həllər təqdim edir.