Finss.az xəbər verir ki, cümə axşamı, ABŞ və Çin liderləri arasında telefon danışığı xəbəri ilə neft qiymətləri yüksəlişini sürətləndirdi.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 17:47-ə 0,97 dollar (1,5%) artaraq 65,83 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında (NYMEX) iyul ayı üçün WTI markalı neftin fyuçersləri 0,99 dollar (1,58%) artaraq 63,84 dollar/barelə çatıb.
Çin dövlət mediası xəbər verir ki, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp cümə axşamı telefonla danışıb. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.