BİZNES

06 İyun

İndoneziya istehlakı stimullaşdırmaq üçün tədbirlər tətbiq edir

Finss.az xəbər verir ki, İndoneziya hakimiyyəti 24,44 trilyon İndoneziya rupisi (1,5 milyard dollar) dəyərində istehlak tələbini stimullaşdırmaq üçün tədbirlər görüb.

İyunun 5-dən ölkədə iki ay ərzində milyonlarla ailəyə nəqliyyat tariflərində endirimlər və subsidiyalar veriləcək.

Ödənişli yollarda gediş-gəlişdə güzəştlər və əhalinin ən həssas qruplarına əlavə sosial yardım da göstəriləcək.