Finss.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü He Yonqyan bildirib ki, ABŞ-ın polad və alüminium idxalına tariflərin 25%-dən 50%-ə qaldırılması beynəlxalq ticarətin sabitliyinə xələl gətirir. Bu barədə “Global Times” yazır.
"ABŞ-ın polad, alüminium və onların törəmələri idxalına tariflərinin artırılması (...) sənaye sektorunda beynəlxalq təchizat zəncirlərinin sabitliyini pozur" dedi.
Ticarət Nazirliyinin sözçüsü bildirib ki, Çin ABŞ-ı problemləri bərabər dialoq yolu ilə həll etməyə, beynəlxalq ticarət qaydalarına riayət etməyə və milli təhlükəsizlik anlayışından sui-istifadə etməməyə çağırır.
İyunun 4-də ABŞ prezidenti Donald Trampın ABŞ-dan polad və alüminium idxalına rüsumların 25%-dən 50%-ə qaldırılması barədə sərəncamı qüvvəyə minib. Trampın sözlərinə görə, bu, “onların idxalını ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratmayacaq şəkildə tənzimləməyə imkan verəcək”.