Finss.az - 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Malik ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib. Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən beynəlxalq layihələr və yaşıl enerji üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

